Xavi baş məşqçiliyə qayıdır

Xavi Hernandez karyerasını Almaniyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Bayer" Xavinin xidmətində maraqlıdır.

"Sky Germany" nəşrində dərc edilən xəbərə görə, "Bayer" istefaya göndərilən Erik Ten Haqın yerinə Xavinin namizədliyini nəzərdən keçirilir.

Qeyd edək ki, Qətərin “Əl-Sədd” komandasını çalışdıran Xavi ardınca "Barselona"da çalışıb. O, "Barselona" ilə 2023-cü ildə İspaniya çempionu titulunu qazanıb. Xavi ötən mövsüm klubdan istefaya göndərilib.