Xudiyev və Minasyan eyni oyunda

Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev növbəti təyinat alıb.

Sportline.az xəbər verir ki, o, Konfrans Liqasının  2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Torpedo-BelAz" (Belarus) - "Kopenhagen" (Danimarka) matçının hakim-inspektoru olacaq.

 Maraqlıdır ki, qarşılaşmanın UEFA nümayəndəsi ermənistanlı Armen Minasyan olacaq.

Qeyd edək ki, komandalar arasında ilk oyun "Kopenhagen"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.