Xulian Alvarez ayrılığı təsdiqlədi: “Hamı üçün ən yaxşısı getməyimdir”
“Atletiko Madrid”in hücumçusu Xulian Alvarez gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Sportline.az xəbər verir ki, argentinalı futbolçu ESPN-ə müsahibəsində klubdan ayrılmaq istədiyini açıq şəkildə bildirib:
“Gizlənmək və ya hər şeyi aydın demək istəmirmiş kimi görünmək istəmirəm. Dürüst olmağa çalışıram.”
Alvarez rəhbərliklə görüşdüyünü də qeyd edib:
“Atletiko" rəsmiləri ilə danışdım və düşünürəm ki, ən yaxşı variant mənim ayrılmağımdır.”
25 yaşlı hücumçu gələcək hədəflərindən də söz açıb:
“Arzumu gerçəkləşdirmək istəyirəm.”
Xulian Alvarezin bu açıqlamaları onun yay transfer dönəmində Madrid klubundan ayrılmağa çox yaxın olduğu barədə iddiaları daha da gücləndirib.
Futbolçunun adı son vaxtlar daha çox “Barselona” ilə hallanır.
Qeyd edək ki, Alvarez “Atletiko”nun heyətində ötən mövsüm çıxdığı 52 görüşdə 20 qol, 10 asistlə yadda qalıb.
Onun klubla müqaviləsi 2030-cu ilədək qüvvədədir və futbolçunun transfer dəyəri 100 milyon avro olaraq qiymətləndirilir.