Yamal PSJ-nin təklifini qəbul etməyib

"Paris Sen-Jermen" "Barselona"nın ispaniyalı futbolçusu Lamin Yamalı transfer etmək istəyir.

Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, Yamal Paris klubunun təklifini qəbul etməyib.

17 yaşlı futbolçu "Barselona"da qalmağa üstünlük verir.

Qeyd edək ki, L.Yamalın Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 180 milyon avro olaraq qiymətləndirilir.

Yamal bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 matçda 11 qol və 15 asistlə yadda qalıb.