Yaponiyalı futbolçu Premyer Liqada çıxış edəcək

"Sportinq"in futbolçusu Hidemasa Morita karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Aston Villa" yaponiyalı oyunçunu transfer etməyi planlaşdırır.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, H.Morita bu mövsüm meydana çıxdığı 49 matçda 1 qol, 5 asistlə yadda qalıb.