Yenə "Bavariya", yenə rekord

“Bavariya” Almaniya Bundesliqasının  33-cü turunda “Frayburq”u məğlub etməklə (3:1) rekorda imza atıb.

Sportline.az xəbər verir ki, Münhen təmsilçisi Bundesliqada ardıcıl 15 oyundur ki, qələbə qazanır. Bu, ölkə çempionatı üçün rekord göstəricidir.

Qeyd edək ki, “Bavariya” Bundesliqada ötən tur çempionluğunu rəsmiləşdirib.