Domeniko Tedeskodan maraqlı açıqlama

”Fənərbağça” baş məşqçisi Domeniko Tedesko klub haqqında danışıb. 

Sportline.az xəbər verir ki, alman mütəxəssis maraqlı fikirlər səsləndirib:

"İlk 5 həftəni məşq bazasında keçirdim, çünki İstanbul tıxacında evə gedib-gəlmək mümkün deyildi. “Fənərbağça" azarkeşlərinin coşqusu nəhəngdir və məni heyran edir. Azarkeşlərin kuboka ac olduğunu hiss edirsiniz; küçədə mənə ‘Yenidən çempion olmalıyıq. Sizə inanırıq’ deyirlər. Belə böyük bir klubda uğurlu olmağın zəruri olduğunu bilirəm”, - deyə Tedesko bildirib.