Karyerası ərzində kart görməyən yeganə futbolçu

SportLine.az bu siyahıda dünya futbol tarixinin rekordçularını bir yerə toplayıb. Beləliklə, yubiley matçında avtoqol vuran, karyerası ərzində rəsmi şəkildə cəzalandırılmayan futbolçuları və digərlərini tanıyaq:

1. İngilis futbolunun əfsanəsi - Qari Lineker 20 illik karyerası ərzində kartla cəzalandırılmayıb;

2. 2000-2001-ci il mövümündə "Bristol Siti" və "Brendford" oyununda hakim əsas vaxta 23 dəqiqə əlavə edib. Artırılan dəqiqələrdə qapılara iki qol vurulub. Həmin oyunda "Bristol Siti"nin hücumçusu - Lloyd Ovusunun ayağı qırılıb və çiyni çıxıb;

3. Paulo Arauxo eyni oyunda 5 dəfə kartla cəzalandırılan yeganə futbolçudur. Braziliyanın aşağı liqasında qeydə alınan qəribə hadisədə meydandan qovulduqdan sonra hakimlərin diqqətindən yayınan P.Arauxo daha bir neçə dəfə kartla cəzalandırılıb;

4. Dünya futbol tarixinin ən erkən avtoqolu İngiltərə - Paraqvay matçında qeydə alınıb. 3-cü dəqiqədə öz qapısına yol tapan Karlos Qamarra Cənubi Amerika təmsilçisini məyus edib;

5. 27 müxtəlif komandanın şərəfini qoruyan Lutz Pfannenştayl 5 qitədə çıxış edən yeganə futbolçudur. Hazırda 44 yaşı olan almaniyalı veteran qapıçı, futbolçu karyerasının ardından televiziya müxbiri, məşqçi, menecer, idman direktoru və s. vəzifələrdə çalışıb;

6. Zədə səbəbilə ən uzun müddət yaşıl meydanlardan kənar qalan ən bahalı futbolçu Fernando Redondodur. 11 milyon funt-sterlinq müqabilində "Real"dan "Milan"a keçən futbolçu ilk oyununun 3-cü dəqiqəsində dizində zədələnərək meydanı tərk edib. İki il yarım yaşıl meydanlardan uzaq qalan F.Redondo onun üçün xərclənən pulunun bir hissəsini "Milan"a qaytarmaq istəsə də, klub bununla razılaşmayıb;

7. Avropada bir oyunda ən çoz azarkeş Şotlandiya Kubokunun finalında qeydə alınıb. 1937-ci ildə "Seltik" və "Aberdin" kollektivləri arasında "Hempden Park"da oynanılan matçı 146 min 143 tamaşaçı izləyib;

8. Avrokuboklarda bir mövsümdə ən çox komanda ilə təmsil olunan şəhər Moskva olub. 1996-1997-ci il mövsümündə şəhəri "Spartak", "Dinamo", "Torpedo" və CSKA Avropada təmsil edib;

9. 2006-cı il Dünya Çempionatının 1/8 finalında penaltilərlə Ukraynaya məğlub olan İsveçrə Mundiallar tarixində çempionat ərzində əsas vaxtda qapısından top buraxmadan yarışla vidalaşan yeganə komandadır;

10. Cyust Fonten ayağı ən çox qırılan futbolçudur. Karyerası ərzində 4 dəfə ayağı sınan fransalı futbolçu 1962-ci ildə zədələr səbəbilə karyerasını bitirib;

11. Yubiley matçında öz qapısına qol vuran yeganə futbolçu Frants Bekkembauerdir.