Yüksək ödənişli futbolçuların siyahısı

 "Forbes" jurnalı 2017-ci ilin ən yüksək ödənişli futbolçularının siyahısını açıqlayıb. Sportline.az xəbər verir ki, budəfəki siyahının da "Real Madrid"inin hücumçusu Kriştianu Ronaldudur. 32 yaşlı oyunçunun gəliri 93 milyon dollardır. Bunun 58 milyon dolları "kral klubu"nda əmək haqqı və bonuslardan gəlir.

Reytinqdə ikinci yeri "Barselona"nın hücumçusu Lionel Messi tutur. Argentinalı forvard ildə 80 milyon dollar qazanır. Bunun 53 milyon dolları klubunda əmək haqqı və bonuslardandır.

İlk onluğu  Neymar ("Barselona", 37 milyon dollar), Qaret Beyl ("Real Madrid", 34 milyon dollar), Zlatan İbrahimoviç ("Mançester Yunayted", 32 milyon dollar), Ueyn Runi ("Mançester Yunayted", 23,6 milyon dollar), Luis Suares ("Barselona", 23,3 milyon dollar), Serxio Aquero ("Mançester Siti", 22,6 milyon dollar), Xames Rodriges ("Real Madrid", 21,9 milyon dollar) və Pol Poqba ("Mançester Yunayted", 21,2 milyon dollar) qapayır.