Yunan futbolçu İngiltərə nəhənglərinin hədəfindədir

"Brügge"nin futbolçusu Kristos Tzolis İngiltərə nəhənglərinin radarındadır.

Sportline.az xəbər verir ki, "Çelsi", "Arsenal" və "Mançester Yunayted" 24 yaşlı sol cinah vingerini heyətinə qatmağı planlaşdırır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, K.Tzolis cari mövsüm meydana çıxdığı 50 matçda 20 qol, 27 asistlə yadda qalıb.