Yunanıstanda futbol yarışları dayandırıldı
Yunanıstanda bütün futbol yarışları qeyri-müəyyən müddətə dayandırılıb.
SportLine.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yunanıstan Futbol Federasiyası qərar verib.
Buna ölkənin Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılması səbəb olub.
Yerli federasiya hadisədən sonra ölkədə bütün futbol yarışlarını qeyri-müəyyən müddətə dayandırıb. Bu barədə FİFA və UEFA-ya məlumat verildiyi bildirilib.
Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Yunanıstan liqasında çıxış edir.