Yunanıstanlı basketbolçunun yeni komandası məlum olub

"Fənərbağça"dan ayrılan ulduz basketbolçu Nik Kalates Fransanın "Monako" klubu ilə razılıq əldə edib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Monako" 35 yaşlı basketbolçu ilə 2 illik müqavilə imzalayıb.

Kalates Türkiyə  karyerasında 1 dəfə Super Liqanın, 1 dəfə isə Türkiyə kubokunun qalibi olub.

Qeyd edək ki, təcrübəli basketbolçu daha əvvəl "Panatinaikos", "Lokomotiv Kuban" və "Barselona" kimi komandaların formasını geyinib.

Kalates həmçinin 2013-2015-ci illərdə NBA komandalarında "Memfiz Qrizzels"in uğurları üçün çalışıb.