Yunis Hüseynov istefa verdi
Topaz Premyer Liqasında növbəti istefa reallaşıb. SportLine.az xəbər verir ki, "Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov vəzifəsindən ayrılıb. Mütəxəssis yenidən komandanın idman direktoru vəzifəsini icra edəcək.
Qeyd edək ki, 2015-ci ilin yayında "Xəzər Lənkəran"ın baş məşqçi postuna qayıdan Hüseynov komandasını 19 oyuna çıxarıb.