Yusuf Akçiçek Fransa nəhənginə keçə bilər

PSJ “Fənərbağça”nın futbolçusu Yusuf Akçiçeki transfer edə bilər.

Sportline.az "Takvim" qəzetinə istinadən xəbər verir ki, Paris klubu Tiaqo Araujo üçün “Benfika” ilə razılığa gələ bilmədiyinə görə onun alternativini müəyyən edib.

"Fənərbağça"nın gənc futbolçusu Yusuf Akçiçek "Paris Sen-Jermen"in transfer hədəfinə çevrilib.

Qeyd edək ki, 19 yaşlı stoperin transfer qiyməti 25 milyon avrodur.