"Yuventus" 65 il sonra
İtaliya A Seriyasının son turunda SPAL-ı 4:1 hesabı ilə məğlub edən "Yuventus" 65 il öncəki rekordunu təkrarlayıb. SportLine.az xəbər verir ki, "qoca sinyora" vurduğu qolların sayını 31-ə çatdırıb.
Bu, klubun tarixində ikinci dəfə yaşanır. 1951-52-ci il mövsümündə də "Yuventus" A Seriyada keçirdiyi 10 oyunda 31 qola imza atıb.
Qeyd edək ki, Turin təmsilçisi hazırda 25 xalla turnir cədvəlinin 3-cüsüdür.