“Yuventus” brazilyalı futbolçu ilə bağlı qərar verib
“Yuventus”un brazilyalı futbolçusu Duqlas Luiz yanvar ayında klubdan ayrılmayacaq.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, “Yuventus” klubun rəhbərliyi Duqlas Luizi satmaq niyyətində deyil.
Təcrübəli futbolçunun “Yuventus”la müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm 9 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.