"Sevilya" və "Yuventus" qalib gəldi

UEFA Çempionlar Liqasında 1/8 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gecə mərhələnin ilk oyunlarına yekun vurulacaq.

Son üç mövsümdə Avropa Liqasında qalib olan "Sevilya" debütant "Lester"i qəbul edəcək. Xorxe Sampaolinin rəhbərliyi ilə uğurlu mövsüm keçirən "əndəlüslər" iddialarını qorumaq üçün ilk oyunda sərfəli nəticəyə ümid edir. "Lester"i isə bu görüşdə heç-heçə də qane edəcək.

Digər matçda yarışın əsas favoritlərindən - "Yuventus" "Porto"nun qonağı olacaq. Turin təmsilçisinin imkanları daha yüksək qiymətləndirilsə də, Portuqaliya klubunun da meydana məğlub olmaq üçün çıxmayacağı dəqiqdir.


22 fevral 2017
Çempionlar Liqası, 1/8 final

“Porto” (Portuqaliya) – “Yuventus” (İtaliya) - 0:2
QOLLAR:
Pyaça, 72 (0:1); Alves, 74 (0:2)
QIRMIZI VƏRƏQƏ: Aleks Telyeş, 27 ("Porto")
Baş hakim: Feliks Brix (Almaniya)

“Sevilya” (İspaniya) – “Lester” (İngiltərə) - 2:1
QOLLAR:
Sarabia, 25 (1:0); Korrea, 62 (2:0); Vardi, 73 (2:1)
Baş hakim: Klemen Turpin (Fransa)