"Yuventus"da ayrılıq yaşana bilər
"Yuventus"un brazilyalı futbolçusu Duqlas Luiz klubdan ayrılmağa yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
"Mançester Yunayted" D.Luizi transfer etmək üçün hərəkətə keçib.
Qeyd edək ki, sözü gedən futbolçunun Turin klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.