"Yuventus"un gözü əzəli rəqibinin futbolçusunun üzərindədir
"Yuventus" "Milan"ın qapıçısı Mayk Menyanı gələn ilin yayında azad agent kimi transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
30 yaşlı futbolçu bu mövsüm 12 rəsmi matçda iştirak edib və qapısında 9 top görüb.
Qeyd edək ki, "Bavariya" və "Çelsi"də Menyanla yaxından maraqlanır.