"Yuventus"un məğlubiyyəti kütləvi davaya səbəb olub
ÇL-in finalında "Yuventus"un məğlubiyyəti qalmaqala səbəb olub. Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin şəhərində, nəhəng ekran vasitəsilə matçı izləyən azarkeşlər arasındakı insidentdə yaralıların sayı 600 nəfərə çatıb. Təhlükəsizlik əməkdaşlarının dediklərinə görə, "Yuventus" tərəfdarların izlədiyi matçın son anlarında meydanın bir hissəsində başlayan təşviş qarşıdurmaya səbəb olub. Nəticədə 600 nəfərə yaxın azarkeşin xəsarət aldığı bildirilib.