"Zadəganlar"dan İtaliya A Seriyasına

İngiltərənin “Çelsi” klubu futbolçusu İtan Ampadunu icarəyə verib.

Sportline.az xəbər verir ki, uelsli müdafiəçi İtaliyanın “Venetsiya” klubuna keçib. Bu barədə “Çelsi”nin mətbuat xidməti məlumat yayıb.

Ampadu 2021/2022 mövsümünü icarə əsasında “Venetsiya”da keçirəcək.

Ampadu bundan əvvəl Almaniyanın “Leyptsiq”, İngiltərənin “Şeffild Yunayted” klublarında icarədə olub.