Zaniolo: “Karyeramda çox səhvlər etdim”
Nikolo Zaniolo maraq açıqlaması ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki,
hazırda “Udineze”də çıxış edən italiyalı vinger Nikolo Zaniolo karyerasındakı səhvlər və “Roma”dakı dövrü barədə səmimi açıqlama verib.
Futbolçu “La Repubblica” nəşrinə danışarkən gənc yaşlarında yaşadığı çətinlikləri və peşmanlıqlarını etiraf edib.
“Karyeramda çox səhvlər etdim… Bunun bir səbəbi də çox gənc yaşda media tərəfindən həddindən artıq diqqət görməyim və üzərimə düşən təzyiqlər idi. 18 yaşında, Roma kimi bir şəhərdə hər kəsin dilində olmaq asan deyil. Kim olursa-olsun, o vəziyyətdə özünü itirməzdi. Mən də özümü çox böyük hesab etməklə səhv etdim.”