Zidan evinə qayıdır
"Real Madrid" italiyalı çalışdırıcı Karlo Ançelotti ilə yollarını ayırmağa hazırlaşır.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid"in rəhbərliyi Zinəddin Zidanı yenidən klubun sükanı arxasına gətirmək istəyir. Təcrübəli fransalı çalışdırıcı bu təklifə müsbət yanaşır.
Qeyd edək ki, Ançelottinin "Real"la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.