Zidan məşhur braziliyalını "Real"a qaytarır

 

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan keçmiş komanda yoldaşlarını başına yığmaq istəyir. Onlardan biri kral klubunun sabiq braziliyalı ulduzu Roberto Karlosdur. Bu haqda məlumat verən Karlos Realın məşqçilər heyətində yer almağın böyük şərəf olduğunu bildirib: “Klub təmsilçiləri ilə görüşümüz olub. Zidanla işləyə bilərəm”-sitatın sonu. Qeyd edək ki, Roberto Karlos hazırda Hindistanın “Dehli Dinamos” komandasını çalışdırır.