Zidandan Messiyə heyran dolu sözlər
Fransa futbolunun əfsanəsi Zinəddin Zidan Argentina millisinin kapitanı Lionel Messi haqqında xoş fikirlər səsləndirib.
Sportline.az saytı xəbər verir ki, Zidan Messinin Argentina üçün əhəmiyyətindən danışarkən bunları deyib:
“Messinin Argentina üçün ifadə etdiyi məna, hər bir futbolçunun öz ölkəsi üçün olmağı arzuladığı şeydir.”
Bu barədə "France Footbal" nəşri məlumat verib.
Qeyd edək ki, Messi uzun illərdir Argentina millisinin əsas siması hesab olunur və komandanı böyük uğurlara daşıyan liderlərdən biri kimi tarixə düşüb.
Onun milli komandadakı rolu həm meydanda, həm də kollektiv daxilində böyük əhəmiyyət daşıyır.
Bundan əlavə Leo 2022-ci ildə millisinə dünya çempionluğunu qazandırmaqda böyük rol oynayıb.