Zindandan nümunəvi addım
"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan meşə yanğınlarına qarşı mübarizədə Əlcəzairə maliyyə yardımı göstərib.
Sportline.az "Shoot Africa"ya istinadən xəbər verir ki, o, meşə yanğınlarının zərərini aradan qaldırmaq üçün 2 milyon avro bağışlayıb.
Qeyd edək ki, yanğınlar nəticəsində ən az 65 nəfər ölüb, bir çox insan yaralanıb.
Xatırladaq ki, Zidanın valideynləri əlcəzairlidir.