“Zirə” “Ankara Keçiörengücü”nü məğlub edib
Yeni mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Zirə” növbəti yoxlama matçını keçirib.
Sportline.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Ankara Keçiörengücü” ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı təmsilçisini qələbəsi ilə yekunlaşıb - 2:1. "Qartallar"ın qollarını 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batie vurublar.
Qeyd edək ki, "Zirə" daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub.