"Zirə" daha bir futbolçunu heyyətinə qatdı
"Zirə" futbol klubu daha bir futbolçu ilə müqavilə bağlayıb. Sportline.az xəbər verir ki, gənc futbolçu Yusif Nəbiyev “qartallar”ın sıralarına qoşulub. Müdafiəçi müqavilə ilə məxsus olduğu “Qəbələ”dən bir illik icarəyə götürülüb. Yusif Nəbiyev ötən mövsüm icarə əsasında “Sumqayıt”ın formasını geyib. 19 yaşlı futbolçu 18 Premyer Liqa matçında 3 qol vurub.