"Zirə" "İnter"ə gücünü göstərdi
Türkiyədə təlim-məşq toplanışında olan iki Bakı klubu - "Zirə" və "İnter" yoxlama matçında üz-üzə gəlib. SportLine.az xəbər verir ki, Bolu şəhərində keçirilən oyun "qartallar"ın qələbəsi ilə yekunlaşıb - 2:0.
"İnter" hazırlıq çərçivəsində daha bir yoxlama görüşü keçirəcək.
"Zirə"nin növbəti rəqibi isə "bankirlər"in bir neçə gün öncə üstələdiyi (1:0) Kamerunun “Columbe Sportive” klubu olacaq. Bu oyun iyunun 17-də keçiriləcək.