"Zirə" 8 cavabsız qolla qələbə qazandı
Boluda təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Kamerunun "Kolumbe Sportive" klubu olub.
Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 8:0.
"Zirə"nin qollarına Belfort (2 qol), Qadze (2 qol), Müşviq İlyasov, Təmkin Xəlilov, Sadiq Quliyev və Orxan Əliyev imza atıb.
Qeyd edək ki, Kamerun təmsilçisi daha əvvəl digər təmsilçimiz “İnter”ə 0:1 hesabı ilə uduzub. "Zirə" isə bundan öncə "İnter"lə qarşılaşıb və iki cavabsız qolla qalib gəlib.