"Zirə" Rumıniya klubuna uduzdu

Avropa Liqasında Azərbaycanı təmsil edəcək "Zirə" Bolu toplanışını yekunlaşdırmaq üzrədir. SportLine.az xəbər verir ki, Bakı klubu son yoxlama oyununa çıxıb. Rəqib Georgi Hacinin çalışdırdığı "Vitorul" kollektivi olub.

Qarşılaşma Rumıniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:2.

Qeyd edək ki, buna qədər Boluda iki yoxlama görüşü keçirən “Zirə” əvvəlcə “İnter”ə (2:0), ardınca isə Kamerunun “Kolumbe Sportive” klubuna (8:0) qalib gəlib. 

Banner