"Zirə" "Traktor Sazi" ilə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verən “Zirə” yoxlama oyununda qarşılaşacağı daha bir rəqibin adı məlum olub.

SportLine.az klubun saytına istinadən xəbər verir ki,  “Zirə” Təbrizin “Traktor Sazi” klubu ilə qarşılacaq. 

Yanvarın 16-da keçiriləcək oyun saat 17-00-da başlayacaq. Yanvarın 22-də isə “qartallar” Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.

Banner