“Zirə” yeni futbolçu ilə anlaşıb
Paytaxt təmsilçisi Ceyhun Nuriyevi “Sabah” klubundan transfer edib.
Sportline.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçiylə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ceyhun Nuriyev Azərbaycan millisində də çıxış edib.