"Zirə" yeni futbolçu ilə müqavilə imzalayıb

"Zirə" yeni futbolçu ilə anlaşıb.

Sportline.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub Coşqun Diniyevlə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi daha əvvəl "İnter"("Keşlə") "Qarabağ" və "Sabah"da çıxış edib. Diniyev Azərbaycan millisinin heyətində 8 oyunda meydanda olub.