"Neftçi"yə texniki məğlubiyyət veriləcək?

Bu gün Topaz Premyer Liqasında 27-ci turun üç oyunu keçirilib. SportLine.az xəbər verir ki, Avrokuboklara vəsiqə urğunda mübarizə aparan "Zirə" və "Neftçi" münasibətləri birincilərin meydanında aydınlaşdırıblar. 

Görüş 2:2 hesablı heç-heçə ilə bitsə də, baş məşqçi Elxan Abdullayevin oyunun gedişində legioner limitini pozması "Neftçi"nin texniki məğlubiyyətlə cəzalandırılması ilə nəticələnə bilər.

23 aprel 2017
TPL, 27-ci tur

“Zirə” – “Neftçi” - 2:2
QOLLAR: 
İqnasio Herrera Fernandes, 34 (0:1); Təmkin Xəlilzadə, 42 (1:1); Riçard Qadze, 63 (2:1); Daniel Seqovia, 90 (2:2)

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə Olimpiya İdman Kompleksinin stadionu

Standings provided by Sofascore LiveScore

Banner