"Zirə"dən daha bir transfer

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi yarımmüdafiəçi Orxan Əliyevi transfer edib. Gənc futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, O. Əliyev “Sumqayıt”, “Xəzər Lənkəran” və “Kəpəz” də çıxış edib.