"Zirə"dən "üçlük"

“Zirə” daha 3 gənc futbolçunu heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı Ramin Əhmədov və Samir Qurbanovla 4, 21 yaşlı Rüstəm Nuriyevlə isə 3 illik müqavilə imzalanıb.
 
Hər üç futbolçu ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda çıxış edib. Ramin Əhmədov və Rüstəm Nuriyev “Zaqatala”, Samir Qurbanov isə “Kəpəz” klubunun formasını geyinib.