"Zirə"nin baş məşqçisinə xəbərdarlıq

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. SportLine.az  PFL-in rəsmi saytına istinadən verdiyi xəbərə  görə, İK Topaz Premyer Liqanın 5-cü turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib. Topaz Premyer Liqasının V turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 Topaz Premyer Liqasının V turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun baş məşqçisi Adil Şükürov oyunsonrası mətbuat konfransına gecikdiyinə görə xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə o,  ağır cərimə olunacaq.

Banner