"Zirə"nin futbolçusu oynadı, Əlcəzair qalib gəldi

"Zirə"nin şərəfini qoruyan David Manqa Mərkəzi Afrika Respublikasının heyətində növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Əlcəzair seçməsi olub. 

Yoldaşlıq görüşündə Əlcəzair futbolçuları seviniblər - 3:0.

D.Manqa start heyətində oyuna daxil olub.

Qeyd edək ki, futbolçu 2010-cu ildən seçmə komandaya dəvət alır.