"Zirə"nin rəqibində ayrılıq yaşanıb
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi Xorvatiyanın “Hayduk” klubu təcrübəli qapıçısı Lovre Kaliniçlə vidalaşıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı qapıçı ilə müddəti başa çatan müqavilə yenilənməyib.
"Hayduk”un yetirməsi olan L.Kaliniç müxtəlif illərdə (2009-2016, 2020-2025) formasını geyindiyi komandanın heyətində 213 oyuna çıxıb.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.