"Zirə"nin son sınağı
Avropa Liqasında Azərbaycanı təmsil edəcək "Zirə" Bolu toplanışını yekunlaşdırmaq üzrədir. SportLine.az xəbər verir ki, bu gün Bakı klubu son yoxlama oyununa çıxacaq. Rəqib Georgi Hacinin çalışdırdığı "Vitorul" kollektivi olacaq.
Qeyd edək ki, buna qədər Boluda iki yoxlama görüşü keçirən “Zirə” əvvəlcə “İnter”ə (2:0), ardınca isə Kamerunun “Kolumbe Sportive” klubuna (8:0) qalib gəlib.