Zirkze qışda komandasını dəyişəcək

"Mançester Yunayted"in niderlandlı futbolçusu Coşua Zirkze qışda komandasını dəyişəcək.

Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Komo" 24 yaşlı oyunçunu transfer etmək istəyir.

Zirkze klubdan ayrılmaq fikrinə müsbət yanaşır.

Qeyd edək ki, Niderland millisinin üzvü cari mövsüm 4 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.