Zubimendi "Arsenal"ın radarına düşüb
"Real Sosyedad"ın ispaniyalı futbolçusu Martin Zubimendi "Arsenal" maraq dairəsindədir.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "Arsenal" Zubimendi üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.
26 yaşlı yarımmüdafiəçinin "Real Sosyedad"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Zubimendi ilə "Mançester Siti"də yaxından maraqlanır.
O bu mövsüm çıxış etdiyi 36 matçda 1 qol və 2 asistlə yadda qalıb.