Zubimendi nəhəng klubların transfer hədəfinə çevrilib
"Real Sosyedad"ın ispaniyalı futbolçusu Martin Zubimendi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted", "Arsenal" və "Liverpul" Zubimendini transfer etmək üçün yarışa girib.
"Sosyedad" 26 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, Zubimendi cari mövsüm çıxış etdiyi 35 matçda 1 qol və 2 asistlə yadda qalıb.
Onun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.