1600 fanata ölkədən çıxışa qadağa qoyulacaq

Avropa çempionatı zamanı Böyük Britaniyanın 1600 futbol fanatının ölkədən çıxışına qadağa qoyulacaq.

Sportline.az "The Sun"a istinadla xəbər verir ki, həmin azarkeşlər hüquqazidd hərəkətləri ilə "qara siyahı"ya düşüblər.

Onlar Almaniyada keçiriləcək yarış zamanı pasportlarını təhvil verməli olacaqlar.

Həmin fanatlardan kimsə, hansı yollasa çempionat oyunlarının kçeirildiyi şəhərlərə getsə 6 ay müddətinə asadlıqdan məhrum ediləcək və külli miqdarda cərimə olunacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.