Ali Koç “Fənərbağça” üçün 3 variantı açıqlayıb

Jurnalistlərlə görüşən “Fənərbağça”nın prezidenti Ali Koç təəcüblü açıqlamalar verib.Ali Koç qarşılarında 3 variant olduğunu bildirib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Ali Koç aporelin 2-də keçiriləcək növbədən kənar ümumi qurultayda 3 variantı gündəmə gətirəcəklərini bildirib.

“Biz anormallığı normallaşdırdığımız üçün bu həddə gəlib çatmışıq.Aprelin 2-də konqres üzvlərimizlə bütün imkanları müzakirə edəcəyik.Qarşımızda üç seçim var: Pis, daha pis və ən pis” deyə bildirən Ali Koç variantları belə sıralayıb.

1.Aşağı liqaya enmək
2.Bir müddətliyinə futbol fəaliyətini dayandırmaq
3.Başqa ölkədə komanda almaq

Seçimlərin konqresdə dəqiqləşəcəyini bildirən Ali Koç, “Hansını indi edəcəyimizi dəqiq deyə bilmərəm, amma heç bir şey olmamış kimi davranmayacağımıza zəmanət verirəm” deyib.