Alisson seçim qarşısında: "Real", yoxsa "Liverpul"?

"Roma"nın qapıçısı Alisson Bekker Avropa nəhənglərinin hədəfindədir. SportLine.az xəbər verir ki, braziliyalı futbolçunun yeni elçisi "Liverpul"dur.

Çempionlar Liqasının finalında Loris Kariusun sərgilədiyi çıxışdan sonra qapıçı axtarışına çıxan Yürgen Klopp Alissonu komandasında görmək niyyətindədir. 

Goal.com saytının yaydığı məlumata görə, "mersisaydlılar" futbolçu ilə rəsmi danışıqlara hazırlaşırlar.

"Marca"nın məlumatında isə Braziliya millisinin 25 yaşlı qolkiperinin "Real"a keçməkdə maraqlı olduğu deyilir. Xəbərdə "sambaçı"nın buna görə "Liverpul"la razılaşmağa tələsmədiyi bildirilir.

Qeyd edək ki, Alisson 2016-cı ildən "Roma"nın şərəfini qoruyur.