Almeyda millinin düşərgəsindən ayrıldı

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Sportline.az  AFFA-nın saytına istinadən xəbər verir ki, Riçard Almeyda zədəli olduğu üçün millinin düşərgəsindən ayrılıb.

Qeyd edək ki, Azərbaycan seçmə komandası mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan milliisi ilə yoldaşlıq görüşü keçirəcək. Qarşılaşma saat 20:00-da başlanacaq.