Alveş "Yuventus"dan getdi

Dani Alveş "Yuventus"la yollarını ayırıb. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Beppe Morata məlumat verib.

Onun sözlərinə görə, müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib:

"Dani Alveş başqa klubda oynamaq istəyirdi. Ona görə, müqaviləni ləğv etdik. Bu, onun qərarı idi. Ona uğurlar arzulayırıq".

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, futbolçu "Manmester Siti"də çıxış etmək niyyətindədir.