Burak Yılmaz üçün qərar həftəsi

Burak Yılmaz qərar vermək üçün klub rəsmilərindən vaxt istəyib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, hazırda "Kayserispor" klubunu çalışdıran Burak Yılmaz bu həftə sonu komandada qalması ilə bağlı qərar verəcək. 

Baş məşqçi "Pendikspor"la görüşdə qalib gələcəkləri təqdirdə komandada qalacağını, əks təqdirdə isə ayrılacağını bildirib.

Qeyd edək ki, Burak Yılmaz daha öncə "Beşiktaş" klubunun da baş məşqçisi olaraq çalışıb.